Kəmaləddin Heydərov Qəbələ şəhərində vətəndaşları qəbul edəcək

Tarix: 11 Mar 2026 12:02

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələ şəhərində vətəndaşları qəbul edəcək.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, nazir Kəmaləddin Heydərov tərəfindən 13 mart tarixində Qəbələ şəhərində, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin binasında saat 10:00-dan Qəbələ, Oğuz, İsmayıllı və Ağdaş rayonları sakinlərinin qəbulu keçiriləcək.

Qəbula gələn vətəndaşların qeydiyyatı 12 mart tarixində Nazirliyin Şimal-qərb Regional Mərkəzinin binasında saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected]

FHN Kəmaləddin Heydərov Qəbələ şəhəri vətəndaş qəbulu

Xəbər Lenti