Siyarto Qərbi Balkan ölkələrinin Aİ-yə qəbulunu gecikdirməməyə çağırıb

Tarix: 20 Feb 2024 21:30

Macarıstanın xarici işlər naziri Peter Siyarto Qərbi Balkan ölkələrinin Avropa İttifaqına daha tez qəbul edilməsinə çağırıb.

APA-nın məlumatına görə, onun çıxışı M1 telekanalı tərəfindən yayımlanıb.

“Əgər Avropa İttifaqı qapılarını açıb Qərbi Balkan ölkələrini qəbul etsə, o zaman kimin orada təsir göstərməyə çalışdığının heç bir əhəmiyyəti olmayacaq”, - diplomat qeyd edib.

O, əlavə edib ki, Avrointeqrasiya prosesinin ləngiməsi bu ölkələrin vətəndaşları arasında alyansa qarşı məyusluğu və şübhəni artırır.

Xəbər Lenti