Hindistanda festival zamanı izdiham - Ölən və yaralananlar var

Tarix: 26 Nov 2023 11:57

Hindistanın Koçi şəhərində universitet festivalında izdiham 4 tələbənin ölümünə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Press Trust of India” məlumat yayıb.

Bildirilib ki, izdiham zamanı 60 nəfər yaralanıb, onlardan dördünün vəziyyəti ağırdır.

Ümumilikdə tədbirdə minə yaxın insan iştirak edib. Festival iştirakçıları qəfil yağan leysandan sonra eyni vaxtda tamaşa zalına pilləkənlərlə qalxmağa cəhd edəndə izdiham yaranıb.

Xəbər Lenti