Cümə axşamı, 22 Oktyabr, 2026
Tarix: 22 Oct 2026 01:47
ABŞ Prezidenti Donald Tramp İranla hərbi qarşıdurmada Rusiya və Çinin birbaşa iştirak etməməsini müsbət qiymətləndirib.
APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında danışıb.
ABŞ Prezidenti bildirib ki, Vaşinqton Moskvanın İranla müharibəyə müdaxilə etməməsindən razıdır.
“Rusiyanın İranla müharibəyə qarışmamasından çox məmnunuq”, – Tramp vurğulayıb.
Onun sözlərinə görə, Rusiya və Çinin münaqişədə iştirakının məhdud qalması ABŞ üçün mühüm əhəmiyyət daşıyır.
“Çox vacib məqam odur ki, Rusiya və Çin bu münaqişədə iştirak etmir və ya onların iştirakı mümkün ola biləcəyindən xeyli azdır. Mən buna çox şadam”, – ABŞ Prezidenti əlavə edib.
ABŞ Donald Tramp İran Rusiya Çin Yaxın Şərq hərbi qarşıdurma Vladimir Putin
Mənbə: apa.az