Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 21 Feb 2024 11:19
Ukraynalı pilotların F-16 təlimlərində iştirak edən ilk qrupu bu yay təlimi başa vuracaq
APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qeyd olunub ki, söhbət ABŞ-nin Arizona ştatının Tukson şəhərindəki 162-ci qırıcı alayın bazasında dörd pilotun təlim keçməsindən gedir.
Ümumilikdə dörd qrup təlim keçir və hər biri müxtəlif mərhələdədir.
Pilotların təlimlərinin cari ilin may-avqust aylarında başa çatması gözlənilir.