Peskov: Rusiya Ermənistanın KTMT-də iştirakını tam şəkildə təmin edəcəyinə ümid edir

Tarix: 26 Nov 2023 13:58

Rusiya zamanla Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını tam şəkildə təmin edəcəyinə ümid edir.

APA-nın xəbərinə görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossii-1"-ə müsahibəsində bildirib.

Dmitri Peskov qeyd edib ki, KTMT-yə tələbat var, üzvləri onu gücləndirmək və inkişaf etdirmək niyyətindədirlər: “Ermənistanın mövqeyi məlumdur. Ancaq biz hamımız razılaşa bilərik ki, KTMT aktuallığını qoruyur”.

Xəbər Lenti