Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 26 Nov 2023 15:13
Egey dənizində yük gəmisi batıb.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, gəmidə 14 heyət üzvü var.
Misirdən İstanbula gələn gəmi duz daşıyıb. Güclü fırtına gəminin anbarlarına su dolmasına yol açıb və gəminin də ağırlıq səbəbindən batdığı ehtimal edilir.
Yunanıstan Sahil Mühafizə Xidməti itkin düşən 14 dənizçinin axtarışlarına başlayıb.