Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 26 Nov 2023 15:51
İranın cənubunda 4,5 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 352 min nəfər əhalisi olan Bəndər Abbas şəhərindən 54 km şimal-qərbdə olub.
Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.