HƏMAS 4 komandirinin öldürüldüyünü açıqladı

Tarix: 26 Nov 2023 16:52

İsraillə qarşıdurmalarda 4 HƏMAS komandiri öldürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə HƏMAS-ın silahlı qanadı “İzzəddin əl-Qəssam Briqadaları” məlumat yayıb.

“Komandirlər müxtəlif cəbhələrdə qəhrəmancasına və şərəflə şəhid olublar”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, İsraillə HƏMAS arasında 7 oktyabrdan qarşıdurma başlayıb. 24 noyabrdan isə hər iki tərəf arasında müvəqqəti atəşkəs elan edilib.

Xəbər Lenti