Ermənistan KTMT-də iştirakını dondurur

Tarix: 23.02.2024 00:59

Ermənistanın Moskvanın dominantlıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı dondurulur.

APA xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində deyib.

Baş nazir əlavə edib ki, Ermənistanda Rusiya hərbi bazasının saxlanması məsələsinin müzakirəsi gündəmdə deyil.

Xəbər Lenti