Urmiyada yaşayış binasında partlayış baş verib, ölənlər var

Tarix: 23 Feb 2024 19:34

İranın Urmiya şəhərində yaşayış binasında partlayış baş verib. APA xəbər verir ki, bu barədə ISNA məlumat yayıb. Hadisə yerinə Qızıl Aypara Cəmiyyətinin 5 əməliyyat qrupu göndərilib.

İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb, 1 nəfər isə dağıntılar altında qalıb. Xilasetmə qüvvələri ərazidə çalışır.

Xəbər Lenti