Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 23 Feb 2024 22:44
İran təhlükəsizlik qüvvələri Pakistandakı silahlı toqquşmada “Ceyş əl-Ədl” terror qruplaşmasının yüksək rütbəli komandiri, İsmayıl Şahbəxş və onun bəzi tərəfdaşlarını öldürüb.
APA xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, ölkənin cənub-şərqində terrorçulara qarşı əməlliyyat zamanı “Ceyş əl-Ədl” terror qruplaşmasının liderlərindən biri, son terror əməliyyatlarının əsas icraçısı, İsmayıl Şahbəxş öldürülüb.
Əməliyyat Pakistanda İran İslam İnqilabının sərhəd təhlükəsizliyi qüvvələri tərəfindən həyata keçirilib.