Çexiyada ölkə tarixində ilk dəfə həmkarlar ittifaqının ən böyük tətili keçiriləcək

Tarix: 27 Nov 2023 05:08

Çexiya tarixində ən böyük həmkarlar ittifaqı tətili keçiriləcək.

APA xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Tətil təxminən 1 milyon işçisi olan yüzlərlə müəssisə və firmanı, həmçinin məktəb müəssisələrinin əməkdaşlarının 70%-nin əhatə edəcək.

Çexiya-Moraviya Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Yozef Ştrşedul deyib ki, tətilin məqsədi hökumətini cəmiyyətdə baş verənlər barədə “düşünməyə” məcbur etməkdir.

"Əgər onlar belə bir hərəkətin, sanki fərq edilməmiş kimi kənara atılacağını düşünürlərsə, cəmiyyətdəki əhval-ruhiyyə daha da pisləşə bilər" dedi Strshedul.

Bundan əvvəl moldovalı fermerlər hökumət binası qarşısında etiraz aksiyası keçiriblər.

Xəbər Lenti