Metroda qatarların hərəkəti ləngiyib

Tarix: 27 Nov 2023 09:20

Bu gün Bakı metrosunda qatarların hərəkəti ləngiyib.

Bu barədə "APA-Economics"ə Bakı metrosunun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Məlumata görə, "Dərnəgül-Bakmil" marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə sərnişinlər "Nəsimi" stansiyasında düşürülüb. Qatar baxış keçirilməsi üçün "Memar Əcəmi" stansiyasında dalan yola verilib. Hazırda araşdırma aparılır.

Xəbər Lenti