DSMF-nin 2024-cü il büdcəsi haqqında qanun layihəsi birinci oxunuşda qəbul edilib

Tarix: 14 Nov 2023 16:42

Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, qanun layihəsinə əsasən, Dövlət sosial müdafiə Fondunun 2024-cü il büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 6 919 860 000,0 manat olacaq.

Müzakirələrdən sonra qanun layihəsi müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Xəbər Lenti