Çin Rusiya ilə Krıma sualtı tunel çəkmək planlarını təkzib edib

Tarix: 27 Nov 2023 13:14

Çin Xarici İşlər Nazirliyi Rusiya Federasiyası və Çinin Kerç boğazı altında Krım körpüsünə daha təhlükəsiz alternativ ola biləcək sualtı tunel inşa etmək planları barədə məlumatı təkzib edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə brifinqdə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin məlumat verib.

Qeyd edək ki, ABŞ-nin “The Washington Post” nəşri Moskva və Pekinin Kerç boğazı altında Ukraynanın hücumlarından qorunacaq tunel tikmək planlarını müzakirə etdiyini yazıb.

Xəbər Lenti