İsraillə HAMAS arasında müvəqqəti atəşkəs daha iki gün uzadılıb - YENİLƏNİB

Tarix: 27 Nov 2023 20:28

İsraillə HAMAS arasında müvəqqəti atəşkəs daha iki gün uzadılıb.

APA xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin əsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari "X" hesabında məlumat yayıb.

Qeyd olunub ki, bu barədə tərəflər arasında razılıq əldə olunub.

"Qətər davam edən vasitəçiliyi çərçivəsində Qəzza zolağında humanitar atəşkəsin daha iki gün uzadılmasına dair razılıq əldə olunduğunu elan edir", - deyə bildirilib.

***

Saat 19:02

Misir İsrail və HAMAS arasında müvəqqəti atəşkəsin daha iki gün uzadıla biləcəyini bildirib.

APA İsrail mətbuatına istinadən xəbər verir ki, bu barədə Misir Prezidentinin baş müşaviri Diaa Raşvan bildirib.

Onun sözlərinə görə, Qahirə və Doha İsrail və HAMAS arasında davam edən atəşkəsin daha iki gün uzadılmasını təmin etməyə çox yaxındır.

Bildirilib ki, atəşkəs iki gün uzadılacağı təqdirdə, HAMAS 20 israilli girovu, İsrail tərəfi isə 60 fələstinlini azad edəcək.

Xəbər Lenti