Soçidə fırtına nəticəsində ev belə uçdu - Video

Tarix: 27 Nov 2023 23:58

Rusiyanın Soçi şəhərinin Lazarevski rayonunda fırtına nəticəsində üçmərtəbəli bina uçub.

“Qafqazinfo” xəbər verir ki, həmin anın görüntülərini “Shot Telegram” kanalı yayıb.

Çökən evdə yaşayan insanların binanı əvvəlcədən tərk etdiyi bildirilir.

Qeyd edək ki, Rusiyanın Qara dəniz sahillərində yerləşən şəhərləri güclü qasırğaya məruz qalıb. Xüsusilə Soçi, Krım, Sevastopol, Novorossiysk, Anapa və Tuapse bu halla qarşılaşıb.

 

 

 

Xəbər Lenti