HƏMAS rəhbəri israilli məhbuslarla görüşüb - KİV

Tarix: 27 Nov 2023 23:45

HƏMAS-ın Qəzzadakı rəhbəri Yəhya Sinvarın anklavda olan israilli məhbuslarla görüşdüyü bildirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” telekanalı məlumat yayıb.

Belə ki, həftə sonu azad edilən israilli əsirlərdən biri Sinvarın onlarla heç bir aksent olmadan ivrit dilində danışdığını deyib.

Həmçinin, Sinvan onlara HƏMAS-ın yanında təhlükəsiz olduqlarını və narahatlığa ehtiyac qalmadığını bildirib.

Qeyd edək ki, İsraillə HƏMAS arasında müvəqqəti atəşkəs daha 2 gün uzadılıb. Atəşkəs çərçivəsində girovların mübadiləsi baş tutacaq.

Xəbər Lenti