Emin Əmrullayev Qusarda vətəndaşları qəbul edəcək

Emin Əmrullayev Qusarda vətəndaşları qəbul edəcək

Tarix: 01 Apr 2026 12:25

Elm və təhsil naziri Emin Əmrullayev 17 aprel tarixində Qusar şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qəbulda Qusar, Quba və Xaçmaz sakinləri iştirak edə bilərlər. Adları çəkilən rayonların sakinləri 10 aprel (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür. Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

Gülcahan İmanqızı Elm və Təhsil Nazirliyi Emin Əmrullayev vətəndaş qəbulu
Emin Əmrullayev Qusarda vətəndaşları qəbul edəcək

Mənbə: apa.az

Xəbər Lenti