Sadettin Saran sərbəst buraxılıb - YENİLƏNİB

Tarix: 20 Dec 2025 19:08

"Fənərbaxça" klubunun prezidenti Sadettin Saran sərbəst buraxılıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Saranın prokurorluqdakı dindirilməsi başa çatdıqdan sonra ondan saç və qan nümunələrinin götürülməsi üçün məhkəmə-tibbi ekspertiza qurumuna göndərilib. Prosedurlar tamamlandıqdan sonra o, məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

***

15:22

“Narkotik” istintaqı çərçivəsində “şübhəli” statusu ilə İstanbul Baş Prokurorluğu tərəfindən ifadəyə çağırılan "Fənərbaxça" klubunun prezidenti Sadettin Saran məhkəmədə ifadə verib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Saranın ifadəsi tamamlanıb və proses təxminən 2 saat davam edib.

Klub prezidenti, prokurorluqdakı sorğusunun tamamlanmasından sonra saç və qan nümunələrinin götürülməsi üçün Forensik Tibb İnstitutuna aparılıb.

Qeyd edək ki, narkotik maddələrlə bağlı aparılan istintaq çərçivəsində Sadettin Saran ötən gün şübhəli qismində İstanbul Baş Prokurorluğu tərəfindən ifadə vermək üçün məhkəməyə çağırılıb.

Xatırladaq ki, Sadettin Saran bu ilin sentyabr ayında "Fənərbaxça"nın prezidenti seçilib.

Dəryanur Cəfərova Sadettin Saran "Fənərbaxça"

Xəbər Lenti