Cümə, 30 Yanvar, 2026
Tarix: 14 Nov 2023 17:20
Slovakiya Ukraynaya hərbi yardımı dayandırması ilə bağlı NATO-nu məlumatlandırıb.
APA xəbər verir ki, bu barədə Slovakiya Müdafiə Nazirliyinin saytında məlumat verilib.
“Müdafiə Nazirliyinin rəhbəri Robert Kalinak NATO-nun Baş katibinə Slovakiyanın ehtiyatlarından Ukraynaya hərbi yardımın dayandırılması barədə məlumat verib. Buna baxmayaraq, Slovakiya Ukraynaya kifayət qədər geniş spektrdə humanitar, mülki və texniki qeyri-öldürücü yardım təklif edir. Xarici tərəfdaşlar yeni hökumətin qərarına tam hörmətlə yanaşırlar”, - Müdafiə Nazirliyinin məlumatında deyilir.
Qeyd edək ki, Kalinak Aİ müdafiə nazirlərinin görüşü çərçivəsində Brüsseldə Yens Stoltenberqlə görüşüb.
