Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb

Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb

Tarix: 22 Oct 2026 05:21

Səudiyyə Ərəbistanının şərqində yerləşən Dammam şəhərinin hava limanına hücum edilib.

“Al Arabiya” telekanalının ölkənin Mülki Aviasiya Baş İdarəsinə istinadən məlumatına görə, hadisə oktyabrın 21-i axşam saatlarında baş verib.

Hücum nəticəsində 1 nəfər həlak olub, daha 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Hazırda hava limanına dəymiş ziyanın miqyası qiymətləndirilir.

Hücumun kim tərəfindən və hansı vasitələrlə həyata keçirildiyi barədə əlavə məlumat açıqlanmayıb.

Səudiyyə Ərəbistanı Dammam hava limanı hücum ölənlər yaralılar Al Arabiya Yaxın Şərq

Mənbə: apa.az

Xəbər Lenti