Rusiyada hava şəraiti ilə əlaqədar bir neçə uçuş təxirə salınıb

Tarix: 28 Nov 2023 06:58

Rusiyanın “Aeroflot” aviaşirkəti Pulkovo hava limanında əlverişsiz hava şəraiti ilə əlaqədar Moskva və Sankt-Peterburq arasında bir neçə reysi təxirə salıb.

APA-nın məlumatına görə, bu barədə şirkətin mətbuat xidməti bildirib.

"Pulkovo Hava Limanında əlverişsiz hava şəraiti, yaxın vaxt üçün əlverişli proqnozun olmaması və təhlükəsiz uçuşların təmin edilməsi ilə əlaqədar olaraq, Moskva - Sankt-Peterburq istiqaməti üzrə "SU016" və "SU022" reysləri uçuş hava limanına qayıdıb", - deyə qeyd olunub.

Aviaşirkət həmçinin noyabrın 27-də Moskva və Sankt-Peterburq arasında aşağıdakı reysləri ləğv etmək qərarına gəlib: "SU016/017", "SU022/023", "SU024/025", "SU026/027", "SU030/031".

Xəbər Lenti