Beynəlxalq icazələr üzrə sənəd qəbulunun müddəti daha 15 gün uzadılıb

Tarix: 14 Nov 2023 17:54

"Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyi Beynəlxalq Nəqliyyat Forumunun icazələri üzrə sənəd qəbulunun müddətini daha 15 gün uzadıb.

“APA-Economics” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

"2024-cü il üzrə icazə bölgüsündə iştirak etmək istəyən daşıyıcılar https://ayna.gov.az/news/388 linkində qeyd edilən sənədləri 1 dekabr 2023-cü il tarixinə qədər ABADA-nın sənəd qəbulu mərkəzinə təqdim etməlidirlər", - qurum bəyan edib.

Xəbər Lenti