Cümə, 23 Yanvar, 2026
Tarix: 28 Nov 2023 16:21
SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus yeni çəkilmiş “Azadqaraqoyunlu-Ağdam” yüksək təzyiqli magistral qaz kəmərinin “Yevlax-Naxçıvan” qaz kəmərinə birləşdirilməsi ilə bağlı 29.11.2023-cü il saat 08:00-dan etibarən işlər başa çatanadək “Kətəlparaq”, “Tərtər 2” və “Ağdam 4 Yol” ” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
“Azeriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri aparılan müddətdə Bərdə, Tərtər və Ağdam rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.