Şolts: İsrailin özünü müdafiə etmək hüququ var

Tarix: 14 Nov 2023 18:43

Almaniya Kansleri Olaf Şolts İsrailin özünü müdafiə etmək hüququ olduğunu bildirib.

APA xəbər verir ki, bu barədə Almaniya Kansleri "X" hesabında paylaşımında qeyd edib.

"HAMAS 5 həftədən artıqdır ki, qadınları, qocaları, uşaqları girov saxlayır. Biz bütün girovların dərhal, qeyd-şərtsiz azad edilməsini tələb edirik! İsrailin özünü müdafiə etmək hüququ və vəzifəsi var".

Şolts eyni zamanda qeyd edib ki, Qəzzada humanitar fasilələr və mülki şəxslərin müdafiəsi çox vacibdir.

Xəbər Lenti