Dəmiryol Vağzalı ərazisindəki ticarət mərkəzində tüstülənmə olub

Tarix: 28 Nov 2023 17:14

Bu gün saat 16:00 radələrində Bakı Dəmiryol Vağzalı ərazisində fəaliyyət göstərən ticarət mərkəzinin elektrik paylayıcısında baş vermiş qısaqapanma nəticəsində tüstülənmə qeydə alınıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub, hadisənin qarşısı alınıb.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan yoxdur.

Xəbər Lenti