Əlverişsiz havaya görə İstanbul boğazı bağlanıb, THY 56 reysi ləğv edib

Əlverişsiz havaya görə İstanbul boğazı bağlanıb, THY 56 reysi ləğv edib

Tarix: 28 Nov 2023 19:24

İstanbul boğazı əlverişsiz hava şəraiti ilə əlaqədar gəmilərin hərəkəti üçün yerli vaxtla 17.50-dən etibarən hər iki istiqamətdə müvəqqəti olaraq bağlanıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Sahil Təhlükəsizliyi Baş İdarəsi məlumat yayıb.

Bundan əlavə, Türk Hava Yollarının İstanbul hava limanından qalxan və gələn 56 reysi ləğv edilib.

Mənbə: apa.az

Xəbər Lenti