Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 29 Nov 2023 03:14
Ukrayna prezidentinin müşaviri Mixail Podolyak İsrailə səfərindən sonra iş adamı İlon Maskı Ukraynaya dəvət edib.
APA xəbər verir ki, bu barədə RBC-Ukrayna Mixail Podolyakın X (Twitter) sosial şəbəkəsindəki səhifəsinə istinadən xəbər verir.
Podolyak yazıb ki, Mask “müharibə dəhşətlərini” görmək və “Putin rejimi”nin ləğvini tanımaq üçün Ukraynaya səfər edəcək.