Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 29 Nov 2023 05:04
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) HAMAS hərəkatı ilə İsrail arasında əldə olunan razılaşma çərçivəsində İsrail həbsxanalarında olan 11 fələstinlini Ramallaha daşıyıb.
APA-nın xəbərinə görə, bu barədə BQXK-nın X sosial şəbəkəsində yaydığı məlumatda deyilir.
“Biz neytral vasitəçi olaraq 11 fələstinli girovun azad edilməsinə və Ramallaha təhvil verilməsinə şərait yaratdıq”, - BQXK bildirib.