Azərbaycanda neft kəmərlərində itkilər 27%-dən çox artıb

Tarix: 29 Nov 2023 11:16

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft kəmərlərində 2,8 min ton itki olub, bu da illik müqayisədə 27,3% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə respublika üzrə neft kəmərlərində itkilər 2,2 min ton təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında magistral neft kəmərləri ilə 29 787,7 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 8,3% çoxdur.

Xatırladaq ki, ötən il Azərbaycanda neft kəmərlərində 2,9 min ton itki olub, bu da illik müqayisədə 12,1% azdır.

Xəbər Lenti