Dövlət Neft Fondu bu il 22 ton qızıl satıb

Tarix: 23 Apr 2026 15:03

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu ilin I rübündə 21,9 ton qızıl satıb və qızıl ehtiyatları 178,1 tona kimi azaldılıb.

"APA-Economics" bu barədə ARDNF-ə istinadən xəbər verir.

Qeyd edək ki, bu il aprelin 1-nə ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi 35,6 % (26,1 mlrd. dollar) olub.

Rahim Tarıverdiyev ARDNF investisiya portfeli qızıl

Xəbər Lenti