Ərdoğanın Axısqa türklərinin sürgün edilməsinin ildönümünü münasibəti ilə müraciət ünvanlayıb

Tarix: 14 Nov 2023 22:16

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Axısqa türklərinin öz torpaqlarından sürgün edilməsinin 79-cu ildönümünü münasibəti ilə müraciəti yayımlanıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bununla bağlı ölkə başçısının “X” sosial media hesabında paylaşım edilib.

Paylaşımda deyilir: “Axısqa türklərinin öz torpaqlarından sürgün edilməsinin 79-cu ildönümünü hüznlə yad edir, bu böyük zülm zamanı həyatını itirən 20 minə yaxın qardaş-bacılarımıza Allahdan rəhmət diləyirəm. Axısqa türk qardaşlarımızın hüquqlarını hər platformada müdafiə etməyə davam edəcəyik”.

Xəbər Lenti