Armen Qriqoryan: Ermənistan 2021-ci ilin mayından KTMT-dən yardım almayıb

Tarix: 14 Nov 2023 23:53

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın KTMT tədbirlərində iştirak etməməsi mövzusuna toxunub.

APA xəbər verir ki, Qriqoryan Ermənistanın 2021-ci ilin may ayından KTMT-dən lazımi yardımı almadığını və buna görə də izahat verilmədiyini deyib.

O, daha sonra qeyd edib ki Ermənistanın belə tədbirlərdə iştirak etməməsində problem yoxdur. Bununla belə, Qriqoryan KTMT-yə üzvlüyünün heç bir şəkildə Ermənistanın inkişafına mane olmadığını vurğulayıb. “KTMT Ermənistanı tərk edir və bizim addımlarımız buna sadəcə reaksiyadır” – Qriqoryan bildirib.

Xəbər Lenti