İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib

Tarix: 22 Mar 2024 09:20

İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin episentri təxminən 2 milyon 370 min əhalinin yaşadığı Surabaya şəhərindən 167 km şimal-qərbdə olub.

Zəlzələ ocağı yerin 10 km dərinliyində olub..

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Xəbər Lenti