Emin Ağalarov: "Kədəri ifadə etmək üçün söz yoxdur"

Tarix: 23 Mar 2024 04:42

"Crocus City Hall" konsert kompleksindəki dəhşətli hadisələrlə əlaqədar ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm.

APA xəbər verir ki, bu barədə "Crocus Group" adlı Rusiyanın ən iri developer şirkətlərindən birinin vitse-prezidenti Emin Ağalarov instaqram hesabında paylaşım edib.

"Bu hücum hər kəs üçün dəhşətli bir faciədir, şəxsən mənə və ailəmə toxundu. Kədəri ifadə etmək üçün söz yoxdur",- deyə qeyd olunub.

https://www.instagram.com/p/C41aTNbIQ2U

Xəbər Lenti