Ərdoğan: Moskvada konsert salonunda törədilən terror aktını şiddətlə qınayıram

Tarix: 23 Mar 2024 15:54

''Ölkəm və millətim adından Moskvada konsert salonunda törədilən terror aktına görə Rusiya hökumətinə başsağlığı verir və hücumu şiddətlə qınayıram”.

APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada AK Partinin keçirdiyi mitinqdə çıxışı zamanı deyib.

“Terror kimdən gəlirsə, törədənin kim olmasından asılı olmayaraq qəbuledilməzdir. Terrorun qanlı, xain üzünü çox yaxşı bilən bir ölkə olaraq biz rus xalqının ağrısını paylaşırıq”, o deyib.

Xəbər Lenti