Şənbə, 1 Avqust, 2026
Tarix: 23 Mar 2024 20:47
Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanın terrorizmlə mübarizədə əməkdaşlığın aktivləşdirilməsi ideyasını dəstəkləyib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Putin Ərdoğanla telefon danışığı zamanı bildirib.
Kremlin mətbuat xidməti Putin-Ərdoğan telefon danışığının təfərrüatlarını açıqlayıb. Bildirilib ki, Putin Türkiyə Prezidentinə başsağlığına görə təşəkkür edib və terrorizmlə mübarizədə əməkdaşlığın intensivləşdirilməsi ideyasını dəstəkləyib.
Mənbə: apa.az