Cümə, 30 Yanvar, 2026
Tarix: 15 Nov 2023 01:25
ABŞ Prezidenti Co Bayden HƏMAS-ın Qəzzada saxladığı girovları azad ediləcəyinə inandığını bildirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Bayden Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb.
Bayden Qəzzada HƏMAS tərəfindən saxlanılan 200-dən çox girovun azad ediləcəyinə inandığını ifadə edib:
"Hər gün insanlarla bu barədə danışıram. Bunun olacağına inanıram, lakin hər hansı bir detal vermək istəmirəm", - deyə Bayden bildirib.
ABŞ Prezidenti əsirlərin ailələrinə də "Bir az daha gözləyin" deyib.