"Crocus City Hall"da ölənlərin sayı 137 nəfərə çatıb, 154 yaralı var - YENİLƏNİB-2

Tarix: 24 Mar 2024 18:11

"Crocus City Hall"da törədilən terror aktı nəticəsində ölən 62 nəfərin şəxsiyyəti müəyyən edilib.

APA xəbər verir ki, Rusiya İstintaq Komitəsi hazırda ölən şəxslərin sayını 137 nəfər olduğunu bildirir.

***

12:45

Moskva vilayətinin Səhiyyə Nazirliyi Crocus City Hall-da törədilən terror aktı qurbanlarının siyahısını yeniləyib.

APA xəbər verir ki, bu siyahıya görə yaralıların sayı 154 nəfərə çatıb.

***

08:50

Moskava vilayətinin “Crocus City Hall” konsert kompleksində baş verən terror aktında yaralananların sayı artıb.

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Operativ qərargahın yenilənmiş məlumatlarına əsasən xəsarət alanların sayı 152-yə çatıb. Bu barədə idarənin saytında məlumat verilir.

“Terror aktı nəticəsində xəsarət alanlardan 8- uşaqdır. 133 nəfər (3-ü uşaq) həlak olub”, - deyə məlumatda bildirilib.

Bundan əvvəl Səhiyyə Nazirliyi terror aktı nəticəsində 147 nəfərin öldüyünü bildirmişdi.

Xəbər Lenti