Gürcüstanın baş naziri İrəvana səfər edib

Tarix: 25 Mar 2024 13:20

Gürcüstanın baş naziri İrakli Kobaxidze İrəvana rəsmi səfər edib.

APA Ermənistan KİV-nə istinadən xəbər verir ki, nümayəndə heyətinə baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İlya Darçiaşvili, təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari və hökumət aparatının rəhbəri Levan Jorjoliani daxildir.

Xəbər Lenti