Moskvada klinikadan partlayış təhlükəsi ilə əlaqədar 900 nəfər təxliyə edilib

Tarix: 25 Mar 2024 15:11

Moskvada N.İ.Piroqov adına Məsləhət diaqnostika Mərkəzinin klinikası partlayış təhlükəsi ilə əlaqədar təxliyə edilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, 900 nəfərin İzmailovski Məsləhət-Diaqnostika Mərkəzindən çıxarıldığı bildirilib.

İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş idarəsindən bildirilib ki, klinikaya bomba qoyulması ilə bağlı məlumat yalan olub.

Xəbər Lenti