, 25 Yanvar, 2026
Tarix: 25 Mar 2024 17:51
Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin terror aktı zamanı "Crocus"-da xəbərdarlıq sistemlərinin işləyib-işləmədiyini yoxlamağı tapşırıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Bastrıkin terror aktı zamanı "Crocus"-da xəbərdarlıq sistemlərinin necə işlədiyini, qəza çıxışlarının açıq olub-olmamasını təhlil etməyi tapşırıb.