ABŞ Cənubi Koreyaya 650 milyon dollarlıq raket satmağı planlaşdırır

Tarix: 15 Nov 2023 02:45

ABŞ Koreya Respublikasına 650 milyon dollara 38 ədəd SM-6 idarə olunan zenit raketləri və müvafiq avadanlıq satmağa razılaşıb.

APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti və Pentaqon daxilində müvafiq hökumət departamenti məlumat yayıb.

Qeyd olunur ki, Seulla bağlanmış müqavilələr kadrların hazırlanması, eləcə də texniki xidmət və ehtiyat hissələri ilə təmin olunmasını nəzərdə tutur.

Xəbər Lenti