Cümə, 30 Yanvar, 2026
Tarix: 15 Nov 2023 04:46
Oktyabrın 7-də HAMAS hərəkatının silahlıları tərəfindən oğurlanan israilli girovların qohumları hökumətdən onların azad edilməsini sürətləndirməyi tələb edərək, Tel-Əvivdən Qüdsə 5 günlük yürüşə başlayıblar.
APA-nın məlumatına görə, aksiya noyabrın 14-də günortadan sonra Təl-Əvivdə hökumət binaları kompleksinin yanındakı meydanda başlayıb. Şənbə günü yürüş iştirakçıları Qüdsə gəlmək və İsrail hökumətinin başçısı Benyamin Netanyahunun iqamətgahı qarşısında etiraz aksiyası keçirmək niyyətindədirlər.