Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsindən azad edilib

Tarix: 26 Mar 2024 17:48

Ukrayna Prezidenti Vladimir Zelenski Aleksey Danilovu Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsindən azad edib.

APA "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam Prezidentin internet saytında dərc olunub.

Prezident Zelenskinin digər sərəncamına əsasən isə Aleksandr Litvinenko Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin olunub.

Xəbər Lenti