Ağ Ev: HAMAS xəstəxanalardan sığınacaq kimi istifadə edir

Tarix: 15 Nov 2023 05:28

Radikal HAMAS təşkilatı Qəzza zolağındakı xəstəxanalardan hücumlarını dəstəkləmək və girovları saxlamaq üçün istifadə edir.

APA-nın məlumatına görə, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Təsdiq edə bilərəm ki, HAMAS Qəzza zolağındakı bəzi xəstəxanalardan, o cümlədən Əl-Şifadan və onların altındakı tunellərdən hərbi əməliyyatlarını gizlətmək və girovları saxlamaq üçün istifadə etdiyinə dair məlumatımız var”, - Kirbi bildirib.

Xəbər Lenti