Cümə, 30 Yanvar, 2026
Tarix: 15 Nov 2023 07:45
ABŞ-nin Ohayo ştatında yük maşınının məktəb avtobusu ilə toqquşması nəticəsində 6 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə ABŞ-nin fövqəladə hallar xidməti məlumat yayıb
Yük maşını eyni yolda hərəkət edən məktəbli avtobusuna çırpılıb. Qəza nəticəsində 6 nəfər ölüb. Ümumilikdə avtobusda 57 nəfər olub.
Bundan başqa, 18 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ilə bağlı məlumat verilməyib.
Hadisənin səbəbləri açıqlanmır.