“Brent” neftinin qiyməti 107 dollar olub

Tarix: 15 May 2026 09:33

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin iyul müqaviləsinin dəyəri 1,21% artaraq 1 barelə görə 107.00 ABŞ dolları təşkil edib.

"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin iyun ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 1,4% artaraq 102.59 ABŞ dollarına bərabər olub.

İlahə Səlimova Brent neft birja ICE London

Xəbər Lenti